

Ölkənin qabaqcıl İKT şirkəti "Azerconnect Group" və ADA Universitetinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Süni intellekti kəşf edək” adlı təlim sessiyası keçirilib. Üç gün davam edən təlimdə ADA Universitetinin müxtəlif fakültələrindən 30-dan çox tələbə iştirak edib.
Təlim proqramı süni intellektin əsas prinsipləri, onun etik aspektləri və real biznes mühitində tətbiq imkanları mövzularını əhatə edib. Təlimlər "Azerconnect Group"un süni intellekt sahəsi üzrə ekspertləri tərəfindən aparılıb və gənclərin bu sahəyə marağını artırmaq, bacarıqlarını genişləndirmək, hətta texnologiyanın biznes problemlərinin həllində real tətbiqini nümayiş etdirmək məqsədi daşıyıb.
Sessiyalar zamanı həmçinin süni intellektin biznesin inkişafı, proseslərin optimallaşdırılması və qərarvermə proseslərinin təkmilləşdirilməsi sahəsindəki rolu üzərində ətraflı dayanılıb. Təlim interaktiv formatda keçirilib və sual-cavab sessiyası ilə başa çatıb. Zavşanlarda iştirak edən tələbələrə sertifikatlar təqdim edilib, fərqlənənlər mükafatlandırılıb.
Gənclərin peşəkar inkişafı "Azerconnect Group"un strateji prioritetlərindəndir və şirkət bu istiqamətdə ölkədə müxtəlif layihələrdə fəal iştirak edir.
"Azerconnect Group" mobil əlaqə, internet, beynəlxalq kanalların təşkili, FinTech, AdTech, Media/TV kimi rəqəmsal həllər təqdim edən, "NEQSOL Holding" şirkətlər qrupuna daxil olan dinamik inkişaf edən İKT şirkətidir. https://daylinews-az.com/azerconnect-group-ve-ada-universitetinden-telebeler-ucun-suni-intellekt-telimi/
Comments
Post a Comment