“Çelsi”nin Bakıya gələcək azarkeşlərinin sayı bəlli oldu
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu ərəfəsində London klubunun Bakıya gətirəcəyi azarkeşlərin sayı açıqlanıb.

Daylinews-az.com xəbərinə görə, qarşılaşmanı izləmək üçün paytaxtımıza təxminən 1300 “Çelsi” azarkeşi səfər edəcək. Onlar “Tofiq Bəhramov adına Respublika stadionu”nda komandalarını tribunadan dəstəkləyəcəklər.

Qonaq komandanın tərəfdarları üçün stadionda 3 xüsusi sektor ayrılıb. Təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi, azarkeşlərin rahat hərəkəti və təhlükəsizliyi üçün xüsusi nəzarət planı hazırlandığı bildirilib.

Görüş noyabrın 5-də, saat 21:45-də start götürəcək. Bu qarşılaşma “Qarabağ” üçün qrup mərhələsində həlledici əhəmiyyət daşıyır, “Çelsi” isə səfər qələbəsi ilə növbəti mərhələ yolunu möhkəmləndirməyə çalışacaq. https://daylinews-az.com/celsinin-bakiya-gelecek-azarkeslerinin-sayi-belli-oldu/

Comments

Popular posts from this blog