

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşəbbüsü ilə Avropa və beynəlxalq standartlar əsasında süfrə zeytunu, zeytun yağı, buğda unu, meyvə-tərəvəz konservləri, şokolad, kərə yağı kimi məhsullara aid 33 dövlət standartı layihəsi iclasda nəzərdən keçirilib.
AZSTAND/TK 33 "Qida məhsullarının keyfiyyətinin və texnologiyası" Texniki Komitəsinin iclasında Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azad İstehlakçılar Birliyi və digər qurumların nümayəndələri iştirak edib. Müzakirələrdə dövri yoxlanılması layihələri, 4 yeni standartın qəbulu, komitənin fəaliyyəti və gələcək vəzifələr dinlənilib, yeni üzvlər qəbul olunub.
Bu standartlar qida təhlükəsizliyini gücləndirərək istehsal proseslərini beynəlxalq səviyyəyə uyğunlaşdıracaq və ixrac potensialını artıracaq.
Comments
Post a Comment