

Çempionlar Liqasının 2025/2026 mövsümünün liqa mərhələsinin 5-ci turu başa çatıb. “Arsenal” 5 matçdan 5 qələbə ilə maksimum 15 xalla turnirdə tək lider olaraq qalır. London klubu bu turda “Bayern”i də 3:1 hesabı ilə məğlub edərək gücünü bir daha nümayiş etdirdi.
Keçən mövsümün əsas favoritlərindən “Liverpul” evdə PSV-dən 1:4, “Barselona” isə “Çelsi”dən 0:3 hesabı ilə ağır məğlubiyyət alaraq ilk 10-luqdan kənara düşüb. Hazırda “Liverpul” 9 xalla 13-cü, “Barselona” 7 xalla 18-ci pillədədir.
Azərbaycan təmsilçisi “Qarabağ” isə 6 xalla 19-cu yerdə qərarlaşıb və hələ də play-off zonasına düşmək şansı saxlayır.
26 noyabr (çərşənbə) matçlarının nəticələri:
- Pafo 2-2 Monako
- Kopenhagen 3-2 Qayrat
- PSJ 5-3 Tottenhem
- Olimpiakos 3-4 Real Madrid
- Arsenal 3-1 Bayern
- Liverpul 1-4 PSV
- Atletiko Madrid 2-1 İnter
- Ayntraxt Frankfurt 0-3 Atalanta
- Sportinq 3-0 Brügge
6-cı tur 10–11 dekabrda keçiriləcək. İndi hər komanda üçün hər xal qızıl dəyərindədir – “Qarabağ”ın da daxil olduğu 36 komandadan hansıları 1/8 finala birbaşa vəsiqə qazanacaq, hansıları play-off oynayacaq? Gözləyirik!
Comments
Post a Comment