Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,24 ABŞ dolları və ya 3,34% azalma ilə 64,8 ABŞ dollarına enib. Bu məlumat neft bazarındakı mənbədən əldə olunub.

Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 62,84 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir bareli 2,28 ABŞ dolları və ya 3,51% azalararaq 62,68 ABŞ dolları səviyyəsində qiymətləndirilib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları əsas götürülüb. Tarixi məlumatlarda qeyd olunur ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Bu neft növü "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həmin müqavilədə payı 31,65% təşkil edir.

Comments

Popular posts from this blog