Azərbaycanda pensiyalar 2026-cı ildə yenidən artacaq​
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, ölkədə aparılan islahatlar sosial ödənişlərdə, o cümlədən pensiyalarda davamlı artıma yol açmışdır. 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya isə 234 manatdan 575 manata qalxıb.​

Gələn ildə bu göstəricilər 590 manata və 629 manata çatacaq. Bu, 2018-ci ilə müqayisədə orta pensiyada 2,8 dəfə, yaşa görə pensiyada 2,7 dəfə artım deməkdir. Nazirliyin proqnozuna əsasən, indeksasiya 9,2 faiz səviyyəsində olacaq.​

Pensiyaların maliyyələşdirilməsi üçün 2026-cı ildə 7,993 milyard manat vəsait ayrılacaq ki, bu rəqəm 2018-ci ilə nisbətən 2,3 dəfə çoxdur. Minimum pensiya 320 manatdan 349 manata qalxacaq, sosial pensiya isə 260 manatdan 284 manata yüksəldiləcək.​

Comments

Popular posts from this blog