

Oktyabr ayında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasında telefon söhbəti baş tutub. “Bloomberg”in məlumatına görə, bu danışıq Ukrayna konfliktinin həlli üçün Qəzza planına oxşar yeni sülh razılaşması üzərində əməkdaşlığı nəzərdə tutub.
14 oktyabrda baş tutan beş dəqiqəlik söhbətdə Uitkoff Putin-Tramp danışıqlarının necə aparılması barədə məsləhətlər verib və Rusiya ilə ABŞ arasında 20 maddəlik sülh planının hazırlanmasını təklif edib. “Bloomberg”in iddiasına görə, Uşakov bu məsələni "bosu" ilə müzakirə edəcəyini söyləyib. Qeyd edək ki, Zelenski 17 oktyabrda Vaşinqtonda səfərdə olub, Tramp isə Putinlə 16 oktyabrda telefon danışığı həyata keçirib.
Daha sonra, 29 oktyabrda Uşakovla Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev arasında ikinci görüş baş tutub. Dmitriyev ABŞ tərəfinə Rusiyanın sülh variantını qeyri-rəsmi şəkildə təqdim etməyi təklif etmişdir. Lakin Dmitriyev yayılan məlumatları “feyk” adlandırıb. Uşakov isə danışığın məxfiliyini bildirərək, sızmanın Rusiyadan qaynaqlanmadığını vurğulayıb.
Vaşinqtonun mövqeyinə gəlincə, ABŞ Prezidenti Donald Tramp bu danışıqları şəxsi olaraq eşitmədiyini, amma belə razılaşmaların normal diplomatik proses olduğunu bildirib.
Comments
Post a Comment