

Papa XIV Leo Türkiyədə rəsmi səfərdədir. Məlumata görə, Papa sabah səhər Romanın Fiumicino hava limanından Ankaraya eniş edib və Esenboğa beynəlxalq hava limanında qarşılanıb.
Səfərin ilk mərhələsində Papa Anıtkabirə ziyarət edəcək və Atatürkün mauzoleumu qarşısında tədbirlərdə iştirak edəcək. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident sarayında rəsmi mərasimlə qəbul olunacaq, siyasi liderlər və diplomatik korpusla görüşlər keçiriləcək.
Səfər noyabrın 30-na qədər davam edəcək və İstanbul mərkəzli tədbirləri əhatə edəcək. Papa Patriarx Varfolomey ilə görüşəcək, birgə bəyannamə imzalayacaq və İznikdə I İznik Şurasının 1700 illiyinə həsr olunmuş ekumenik dua tədbirində iştirak edəcək. Səfər çərçivəsində ekumenik dialoq, dini tolerantlıq, region sülhü və əməkdaşlıq mövzuları müzakirə olunacaq.
Comments
Post a Comment