Milli Süni İntellekt Mərkəzi data mərkəzi tikintisinə başladı​
Milli Süni İntellekt Mərkəzi data mərkəzinin inşasına start verib. Mərkəzin rəsmisi İbrahim Süleymanov Bakıda təşkil olunan "Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası" tədbirində bildirdi ki, qrafik prosessor modulları artıq alınmışdır:

"Avadanlıqlar alınıb və hazırda quraşdırılma işləri gedir. Yaxın zamanlarda dövlət qurumları süni intellekt layihələrini bu avadanlıqlar üzərində apara biləcək. Mərkəzimiz bir sıra universitetlərlə bu sahədə əməkdaşlıq etməyə başlayıb və yaxın günlərdə artıq tələbələrlə startap layihələrinin üzərində işlərə başlanacaq".​

Yarışma platforması və təhsil layihələri

Süleymanov strateji prioritetlərdən birinə diqqət çəkərək qeyd etdi: "Burada tələbələr, gənclər ictimaiyyətlə süni intellekt üzrə müəyyən məsələləri paylaşacaq. İştirakçılar süni intellekt üzrə öz həllərini yarışmaya təqdim edəcəklər.

Ən yaxşı həll təqdim edən iştirakçılar mükafatlandırılacaq. Platforma daimi olaraq fəaliyyət göstərəcək və mütəmadi olaraq orada yeni yarışlar keçiriləcək". O, həmçinin Azərbaycan dilində süni intellekt verilənlər bazasının yaradılmasını və interaktiv tədris platformasının işə salınmasını planlaşdırdıklarını vurğuladı:

"Burada həm tələbələrin, həm də şagirdlərin süni intellektin əsaslarını asan bir şəkildə mənimsəyə bilmələri üçün interaktiv tədris platforması fəaliyyət göstərəcək. Orada süni intellektə giriş üçün mövzular haqqında təhsil planları paylaşılacaq".​

Comments

Popular posts from this blog