

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunu imzalayıb. Bu qərarla gələn il yaşayış minimumu 15 manat artırılaraq ölkə üzrə 300 manat səviyyəsində müəyyən edilib.
Sosial qruplar üzrə dəqiq göstəricilər
Yaşayış minimumunun sosial qruplar üzrə bölgüsü belədir:
- Əmək qabiliyyətli əhali: 317 manat
- Pansiyalılar: 245 manat
- Uşaqlar: 260 manat
Bu artım sosial standartların inflyasiya dinamikasına uyğunlaşdırılması və vətəndaşların minimum ehtiyaclarının ödənilməsi məqsədi daşıyır. Gələn ilə keçid dövründə bu göstəricilər sosial yardım proqramlarının, pensiya indeksasiyasının və minimum əmək haqqının hesablanmasında baza rolunu oynayacaq.
Yaşayış minimumu sosial siyasətin əsas indikatorlarından biri hesab olunur və ölkədə qanunsuz iqtisadi fəaliyyətin qarşısının alınması, rəsmi məşğulluqun təşviqi üçün də əhəmiyyətli rol oynayır. Son illərdə yaşayış minimumunda mütəmadi artım sosial rifah səviyyəsinin yüksəldiyini göstərir.
Comments
Post a Comment