Azərbaycanda kibercinayətkarlığa qarşı hüquqi baza yenilənir: Yeni terminlər və proseslər
Milli Məclis Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinə (CPM) dəyişikliklər layihəsi müzakirə edildi.

Layihənin əsas hədəfi kibercinayətkarlığa mübarizəni müasir texnoloji çağırışlara uyğunlaşdırmaq, hüquqi boşluqları likvid etmək və BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının tələblərini daxili qanunvericiliyə tam inteqrasiya etməkdir.

Texnoloji tərəqqiyə uyğun termin yeniləmələri

Qanunvericilikdə köhnə ifadələr müasir terminlərlə əvəz olunur. BMT Konvensiyasına uyğun olaraq “kompüter sistemi” “İKT sistemi”, “kompüter məlumatları” isə “elektron verilənlər” termininə çevrilir. Bu, smartfonlar, planşetlər, bulud infrastrukturası də daxil olmaqla bütün müasir cihazları hüquqi dairəyə daxil edir.

Həmçinin qanunvericiliyə aşağıdakı yeni anlayışlar əlavə edilir:

- Trafik verilənləri

- Abunəçi məlumatları

- Məzmun verilənləri

- Xidmət provayderi

Elektron sübut və prosesual mexanizmlər

Cinayət-Prosessual Məcəlləsinə elektron sübutların toplanması, saxlanması və prosessual rəsmiləşdirilmə prosesləri detallı hüquqi çərçivəyə salınır. İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hədləri dəqiqləşdirilir. Bu, elektron sübutların məhkəmədə etibarlılığı və şəffaflığını təmin edəcək.

CPM-ə yeni maddələr daxildir:

- “Məhkəməyədək icraatın elektron qaydada aparılması”

- “Məhkəmə icraatının elektron qaydada aparılması”

Mövcud “Cinayət mühakimə icraatının elektron qaydada aparılması” maddəsi genişləndirilib. Məhkəmə-prokurorluq arasında sənəd mübadiləsi gücləndirilmiş elektron imza ilə “Elektron məhkəmə” və “Elektron prokurorluq” platformaları vasitəsilə aparılacaq.

Beynəlxalq təcrübə və strateji əhəmiyyət

Layihə hazırlanmasında Almaniya, ABŞ, Türkiyə, Böyük Britaniya, Niderland və Özbəkistan qanunvericilik təcrübələri öyrənilib. Dəyişikliklər kibercinayətlərə effektiv mübarizə, verilənlər təhlükəsizliyi və məhkəmə proseslərinin şəffaflığını təmin etmək məqsədi daşıyır.

Comments

Popular posts from this blog