Trampın göstərişindən sonra milyonlarla məxfi UFO faylı serverdən yoxa çıxdı
ABŞ Prezidenti Donald Trampın uçan naməlum obyektlər (UNO) və mümkün yadplanetli fəaliyyəti ilə bağlı sənədlərin ictimailəşdirilməsi barədə tapşırıq verməsinin ertəsi günü “Black Vault” arxiv platformasında gözlənilməz hadisə baş verib. Media məlumatına görə, serverdən 3,8 milyon hökumət faylı birdən-birə silinib.

Serverdə müəmmalı pozuntu

“Daily Mail”in xəbərinə əsasən, UNO-larla bağlı sənədləri toplayan və illərdir ictimaiyyətə təqdim edən arxivin rəhbəri Con Qrinvald Jr. bildirib ki, fevralın 20-də server tam şəkildə silinib. Bu itki:

- MKİ-yə aid gizli layihələr barədə materiallara,

- UNO müşahidələri ilə bağlı arxivlərə,

- Con Kennediyə sui-qəsd iddialarına dair fayllara

yüzlərlə gigabayt ölçüdə zərbə vurub.

Qrinvald serverdə giriş qeydlərində izah olunmayan dəyişikliklərin aşkar edildiyini deyib. Bununla belə, arxiv fayllarının ehtiyat nüsxələrinin mövcud olması məlumatların bir müddət sonra bərpa edilməsinə imkan verib. Hadisənin texniki nasazlıq, yoxsa kənardan müdaxilə nəticəsi olub-olmadığı hazırda araşdırılır.

Trampın UFO tapşırığından sonra baş verdi

Məlumatlara görə, Donald Tramp müdafiə naziri Pit Heqsetə UNO və potensial yadplanetli fəaliyyəti ilə bağlı bütün materialların açıqlanması barədə göstəriş verib. Tramp bundan əvvəl keçmiş prezident Barak Obamanı da bu mövzuda sərbəst danışdığına görə tənqid etmişdi.

Hazırda milyonlarla faylın birdən-birə silinməsi ABŞ ictimaiyyətində və ekspertlər arasında ciddi suallar doğurub. Araşdırmanın nəticələrinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Comments

Popular posts from this blog