

Aparıcı Tarix Əliyev (Tolik) televiziya fəaliyyəti ilə bağlı gözlənilməz qərar verib. O, bu gün sonuncu dəfə “Tarixin bir günü” proqramı ilə tamaşaçı qarşısına çıxaraq layihədən ayrıldığını elan edib.
Bir ildən artıq müddətdə “Space TV”də yayımlanan verilişin aparıcısı olan Tolik çıxışında bildirib ki, qərarı şəxsi təşəbbüsü ilə verib və bu addımı vicdan rahatlığı naminə atıb.
“Vicdanım rahat olsun deyə ayrıldım”
Canlı efirdə danışan aparıcı sosial şəbəkədə etdiyi bir səhvin televiziya kollektivinə mənfi təsir göstərməsini istəmədiyini vurğulayıb:
“Televiziyada yox, sosial şəbəkədə etdiyim səhvə görə rəhbərliyin və işçilərin haqqına girəcəmsə, vicdanım sızlayar. Bir ildən artıqdır ki, ‘Space TV’də ‘Tarixin bir günü’ verilişini aparıram və proqramımda heç bir qanun pozuntusu olmayıb. Aparıcılıqdan getmək barədə ərizəmi təqdim edəndə özümü daha rahat hiss etdim”.
Tolik əlavə edib ki, emosional açıqlamaları böyük bir kanalın nüfuzuna xələl gətirməməlidir:
“Əsəblərimə hakim olmamağım və kiməsə emosional fikir bildirməyim böyük bir kanalın uğuruna kölgə sala bilməz. Bu qərar mənim özümə verdiyim cəzadır”.
O, həyatında ən dəyərli varlığın övladı olduğunu da xüsusi vurğulayıb:
“Həyatda itirəcəyim tək şey övladımdır”.
Qeyd edək ki, Tarix Əliyevin ayrılığı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Aparıcının gələcək planları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Daha çox məlumat bu videoda.
Comments
Post a Comment