

Novruz və Ramazan bayramları dövründə ölkədaxili səyahətə tələbatın artması nəzərə alınaraq, bir sıra istiqamətlər üzrə əlavə qatar reysləri təşkil olunacaq. “Azərbaycan Dəmir Yolları” QSC bayram günlərində sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün xüsusi qrafik hazırlayıb.
Məlumata görə, mart ayı boyunca bir neçə istiqamətdə gündəlik və xüsusi tarixli səfərlər həyata keçiriləcək. Sərnişin axınının ən çox olduğu marşrutlar üzrə əlavə qatarlar müəyyən edilib:
- 20–30 mart – hər gün Bakı–Qəbələ–Bakı
- 19–30 mart – hər gün Bakı–Ağstafa–Bakı
- 23 və 25 mart – Bakı–Ağdam–Bakı xüsusi reysləri
“Azərbaycan Dəmir Yolları” əlavə olaraq bildirib ki, Bakı–Ağstafa–Bakı qatarlarına biletlər 10% endirimlə əldə oluna bilər. Endirim kassalarda, ADY-nin rəsmi saytında və “ADY Mobile” tətbiqi vasitəsilə keçərlidir.
Ənənəvi qrafiklə davam edəcək marşrutlar
Bayram günlərində mövcud qrafik də qüvvədə qalacaq. Aşağıdakı istiqamətlər üzrə reyslər əvvəlki cədvəl əsasında icra olunacaq:
- Bakı–Qazax–Bakı
- Bakı–Balakən–Bakı
- Gəncə–Qəbələ–Gəncə
- 21 və 28 mart tarixlərində Bakı–Ağdam–Bakı
ADY sərnişinləri əvvəlcədən biletlərini əldə etməyə və yükün çox olduğu günlərdə səyahət planlarını vaxtında müəyyənləşdirməyə çağırır.
Comments
Post a Comment