Nəriman Axundzadə ABŞ-da tam matç keçirdi:
Azərbaycan yığmasının gənc üzvü Nəriman Axundzadə okeanın o tayında, ABŞ-nin "Kolambus Kryu" komandasının heyətində növbəti rəsmi oyununu keçirib.

İstedadlı hücumçu ABŞ Kubokunun 1/8 final mərhələsi çərçivəsində təşkil olunan "Uan Noksville" klubuna qarşı görüşdə meydana çıxıb. 22 yaşlı futbolçumuz bu qarşılaşmaya ilk onbirdə daxil olub. Baş məşqçinin etimadını qazanan Nəriman oyunun sonuna qədər meydanda qalıb və komandasının qələbəsinə töhfə verməyə çalışıb.

Gərgin keçən görüş Nəriman Axundzadənin komandasının mütləq üstünlüyü ilə yekunlaşıb. "Kolambus Kryu" rəqibini 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan futbolunun gənc yetirməsi olan Nəriman Axundzadə cari ilin fevral ayında MLS-in iddialı klublarından olan "Kolambus Kryu" ilə müqavilə imzalayaraq legioner həyatına başlayıb. https://daylinews-az.com/neriman-axundzade-abs-da-tam-matc-kecirdi-kolambus-kryudan-darmadagin/

Comments

Popular posts from this blog