25 fevral 2025-ci il tarixində Bakı Konqres Mərkəzində "Xocalıya Ədalət" Kampaniyası çərçivəsində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə "Əsirlikdə 8 gün" adlı bədii filmin təqdimat mərasimi baş tutub. Film Xocalı faciəsinin canlı şahidi olmuş və 8 gün erməni zindanında ağır işgəncələrə məruz qalmış mərhum Dürdanə Ağayeva və qardaşı Elşad Ağayevin yaşadıqları dəhşətli hadisələrə həsr edilib.
Tədbirə rəsmi başlanğıc və çıxışlar
Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Filmin nümayişindən əvvəl Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya Ədalət" Kampaniyası haqqında məlumat veriblər. Eyni zamanda, Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün" və "Xocalı şəhidləri 613" kitabları vasitəsilə Xocalı Soyqırımının həqiqətlərini dünyaya çatdırmaq üçün göstərdiyi səylərdən danışıblar.
Filmin yaradıcı heyəti və çəkiliş prosesi
Nümayişdən sonra "CVN Group"un baş direktoru Səbinə Məlikova çəkiliş zamanı heyətin yaşadığı emosional anlardan bəhs edib və Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Daha sonra filmin quruluşçu rejissoru Vüsal Əhmədzadə, çəkiliş heyəti və Dürdanə Ağayevadan yadigar qalan qızı Ləman Camalova səhnəyə dəvət olunublar.
Filmin yaradıcı heyəti:
- Quruluşçu rejissor: Vüsal Əhmədzadə
- Baş prodüser: Səbinə Məlikova
- Ssenari müəllifi: Emin Əfəndiyev
- Prodüser: İbrahim Heydərov
- Quruluşçu operator: Orxan Məmmədov
- Quruluş rəssamları: Elturan Məmmədov və Elvin Əliyev
Film "Xocalıya Ədalət" Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu, CVN TV, "Belə Belə İşlər" və "CAVAN" Gənclər Hərəkatının birgə səyi ilə çəkilib.
Filmin nümayişi və giriş şərtləri
26 fevral tarixində "Əsirlikdə 8 gün" filminə ölkə ərazisindəki bütün kinoteatrlarda baxmaq mümkün olacaq. Film nümayişi tamamilə ödənişsizdir. https://daylinews-az.com/esirlikde-8-gun-filminin-teqdimati-kecirilib/

Comments
Post a Comment